суббота, 4 декабря 2010 г.

Təvazökarların iddiası.

Müsavat Azərbaycanın ən qədim siyasi partiyasıdır. Ondan əvvəl "Difai"və s.partiyalar elan olunsa da Müsavat uzunömürlülüyü,əhmiyyəti ilə tariximizin ən qocaman və ən vacib siyasi institutlarından biri adına şəriksiz sahibdir.

Rusiya inqilablarından sonra güçlənmişdi,xüsusilə 1919- 20 ci illərə nəinki Azərbaycanın hətta bütün Qafqazın ən nüfuzlu siyasi partiyası idi.Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasıMüsavatın siyasi fəaliyyəti nəticəsində mümkün oldu.

Sovet Rusiyasının Azərbaycanı işğalından sonra Müsavatın qeyri leqal elan edilməsi,bu partiyanın üzvlərinin ölkədən çıxarılması,həbs edilməsi.öldürülməsi partiyanı xeyli zəiflətdi.
...Və 1991 ci ildə Rəsulzadənin silahdaşları bu partiyanı bir əmanət kimi qoruyub bizə təhvil verərkən Müsavat faktiki olaraq bir mühacirət dərnəyi səviyyəsində idi.
Biz Müsavatı İsa Qəmbərin rəhbərliyi altında yenidən ümummilli təşkilata çevirdik.
Biz bu təşkilatın yaradıcılarının ideolojisinin yenidən ümummilli ideologiyaya çevrilməsinə nail olduq.
Biz 2000 ci il parlament,2003 cü il przident seçkilərində qalib gəldik.
Müsavat keçirilən bütün son seşkilərdə səsləri saxtakarlıqla artırılan hakim partiya istisna olmaqla yenə də ən çox səs toplayan partiyadır.

Bu gün Müsavata hansı qərarların,nə vaxt,hansı redaktədə qəbul edilməsini kənardan diktə etmək,Müsavata gah strategiya,gah Başqan,gah a digər rəhbərlik edəcək şəxslərin transfer edrilməsi təkliflərini irəli sürənlərə bildirmək istəyirəm ki,ən ciddi təziqlərə baxmayaraq ölkənin ən nüfuzlu,bütövlüyünü,simasını qoruyub saxlayan partiyasını yaratmağı bacaranlar, partiya hıyatı üçün əsasən cari olan belə məsələlələr barədə də ən düzgün qərarları özləri qəbul edə biləcəklər.

Belə qərarlar Müsavat partiyasının hər cür sınaqlardan üzüağ çıxmış rəhbərliyi və partiya həyatında gündəlik iştirak edən,daim təqib olunan,təvazökarlıqdan nəinki deputatlığa,MSK üzvlüyünə, hətta partiyanın ali və orta rəhbər strukturlarına belə namizədliyini irəli sürməyən minlərlə fədakar üzvü tərəfindən qəbul olunacaq.

Arzu etsələr müxalifət partiyalarina onların güclənməsi üçün təşkilatçılar,seşki mütəxəssisləri, təşkilatlatların istənilən strukturlarına rəhbərlik eəcək çəxslər transfer etmək məsələsini müzakirə edə bilərik.

Комментариев нет:

Отправить комментарий