вторник, 14 декабря 2010 г.

YENİ ƏSRİN YENİ ƏSƏRİ.

Hətta 80 ci, 90 cı illırin əbiyyatı da 60 illərin ədəbiyyatı sayılırdı və ya onun təsiri altında idi.Haqlı olaraq 60 cı illər Azərbaycan ədəbiyyatı Xruşşovun "ottepel"(mülayimləşmə) dövrünün böyük bir hadisəsi kimi dəyərləndirilir.Ancaq nəhayət bu dövr bitməli, yeni dövr başlamalı idi.

Məncə bu dövr başladı.Əli Əkbərin "Amneziya" romanı ilə.

Müəllif romanı "Artuş və Zaurun" müəlifindən deyə təqdim edir. Məncə "Amneziya" hər mənada daha üstün əsərdi.
İstedadlı müəllif tərəfindən qələmə alınan roman oxunaqlığı,bədii cəlbediciliyiı,bir sıra bədii priyomların tədbiq edilməsi baxımından orjinallığı ilə fərqlənir.

Siyasi konyukturadan uzaq,cəmiyyətimizin problemlərini çılpaqlığı ilə,olduğu kimi bəzən abırsız,heç bir bəzək düzəksiz əks olunduğu romanın əsas məziyyətlərindən biri də odur ki,100 il sonra bu əsəri oxuyanlar bu gün bizim necə,hansı istək və arzularla,hansı problemlərlə yaşadığımız barədə aydın və dolğun məlumat ala biləcəklər.

"Amneziya"romanının mənimçün yəqin ki, həmçinin mənsub olduğum nəslin nümayəndələri,bizim düşüncəmizdə olan bir çoxları üçün bir əhəmiyyəti də ondadır ki,indiki yeni nəslin nə düşündüyü,nə istədiyi, nə üçün istəgiyi haqda aydın təsəvvür yaradır.

Bir şoxlarının hətta,qocaman intellektual sayılan Lütfizadehin "Azərbaycana demokratiya lazımdırmı?"sualı cahillərə məxsus yersiz sual kimi səslənir.
Çünki bu əsərdə diqtə olunan ümumi dünyagörüşü qəbul edənlər üçün demokratiya,azad insan,azad cəmiyyət həyati zərurətdi.

Davamı olacaq.




.

Комментариев нет:

Отправить комментарий