четверг, 31 марта 2011 г.

Diktatorun səhvi...

Hakimiyyət növbəti dəfə Konstıtusiyanın 49 cu maddəsini və sərbəst toplaşmaq azadlığı haqqında qanunu pozaraq 2 Aprel mitinqin keçirilməsinə qadağa qoydu.

Açığı mənim hakimiyyətin 2Aprel mitinqinə icazə verəcəyinə az da olsa ümidim var idi. Onlar 12 Mart mitinqinin nəticələrindən,cəmiyyətdəki əhvali-ruhiyyədən, 2 Aprel mitinqinə fərqli hazırlıqlardan,bu mitinqə cəmiyyətdə olan görünməmiş maraqdan nəticə çıxarmalı idilər.Lakin hakimiyyət nəinki qeyd etdiklərimi, hətta ərəb dünyasındakı təbəddülatları,beynəlxalq birliyin Azərbaycanda fundamental insan hüquqlarının təmin edilməməsi ilə bağlı birmənalı mövqeyini də nəzərə almadı.

Hakimiyyət son aylarda dünyanın və Azərbaycan cəmiyyətinin dəyişdiyini,indi fərqli siyasət yeritməyin zəruriliyini,bu cür davranışla öz sonunu yaxınlaşdırdiğını başa düşmədi.


Hakimiyyət növbəti (bəlkə də sonuncu) dəfə cəmiyyətlə hesablaşmadı.Bununla da xoşluqla siyasi islahatlara getməyəcəyini bir daha bəyan etdi.

Hakimiyyət İctimai Palatanın təyin etdiyi 2 Aprel mitinqinə icazə verməməklə Konstitusiya və qanunları pozmaqla yanaşı,həm də ciddi səhvə yol verdi... Bu səhvin bədəlini ödəyəcək!

1 комментарий: